Tutulma (roman)

Tutulma
Eclipse
Müəllif Stefani Mayer
Janr roman
Orijinalın dili ingiliscə
Ölkə
Orijinalın nəşr ili 7 avqust 2007
Seriya Alatoran
Nəşriyyat Little, Brown and Company
Səhifə 629
Əvvəlki Yeni Ay
Sonrakı Sübh
ISBN ISBN 978-0-316-16020-9

Tutulma (ing. Eclipse) — Tutulma ABŞ yazıçısı Stefani Mayerin müəllifi olduğu “Alatoran” romanlar seriyasından olan üçüncü romandır. Bu romanda Bella Svon və onun vampir sevgilisi Edvard Kallenin hekayəsi davam etdirilir. Romanda Bella Edvarda və canavar adam dostu olan Ceykoba qarşı olan hissləri arasında kompromis tapmağa çalışır, özünü yol ayrıcında qalmış kimi hiss edir, Sietldakı sirrli vampir hücumlarının səbəbini anlamağa çalışır.

Yeni Ay” romanının davamı olan “Tutuma”dakı hadisələr “Sübh” romanında davam etdirilir. 7 avqust 2007-ci ildə təqdim edilən roman ilkin olaraq bir milyon nüsxə ilə nəşr edilmiş,[1] və ilk 24 saat ərzində 150.000 nüsxə satılmışdır.[2] 2008-ci ilin ən çox satılan romanlarından biri olan “Tutulma”, “Alatoran” və “Yeni Ay”ın uğurunu davam etdirmişdir. Romanın film adaptasiyası 30 iyun 2010-cu ildə təqdim edilmişdir.[3]

Tənqidçilər romanın çazibədar və romantik olduğunu bildirmiş və sələflərindən fərqli olaraq əhatə etdiyi mövzulara daha yetkin yanaşma sərgilədiyi qeyd etmişlər. Yaxşı yazılmış sevgi üçbucağı, obrazların inkişafı, gözlənilməz və həyəcanlı sonluğu ilə roman daha çox müsbət rəylər almışdır.

  1. Bob Minzesheimer. "Vampire tale takes bite out of 'Potter'". USA Today. 2007-08-15. 2011-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2015.
  2. Jeffrey A. Trachtenberg. "Booksellers Find Life After Harry In a Vampire Novel". The Wall Street Journal. 2007-08-10. 2009-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2015.
  3. Joshua Rich. "'Twilight': Third film in series, 'Eclipse,' set for June 2010". Entertainment Weekly. 2009-02-20. 2009-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2015.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne